Bələdiyyələr qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkilinə yardım göstərəcək.
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı "Bələdiyyələrin statusu haqqında "qanuna dəyişiklik edilib.
Qanunun 4-cü (Yerli sosial müdafiə və sosial inkişaf proqramları) 2-ci hissəsinə edilən əlavəyə əsasən, qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkilinə bələdiyyələr yardım göstərəcək.
Qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir.
Həmçinin Azərbaycanda qəbiristanlıqların yerləşdiyi torpaqların xüsusi mülkiyyətə verilməsi qadağan olunur.
İclasda bununla bağlı "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna dəyişiklik müzakirə olunub.
Qanunun 7-ci (Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları) maddəsinin 2-ci (Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz) bəndinə "qəbiristanlıqlar” sözü əlavə edilir.
Hər iki məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !