Bələdiyyələrin səlahiyyətləri artırılmalıdır - Fazil Mustafa

13:03 | 18.10.2024
Bələdiyyələrin səlahiyyətləri artırılmalıdır - Fazil Mustafa

Bələdiyyələrin səlahiyyətləri artırılmalıdır - Fazil Mustafa

Bələdiyyələrin səlahiyyətləri artmalıdır ki, partiyalar bələdiyyə seçkilərində iştiraka maraqlı olsun. Bunu deputat Fazil Mustafa deyib.
 
"Partiyalar bələdiyyələrin səlahiyyətləri olmadığı üçün iştiraka maraqlı olmur. Sayı azaldırıq, amma səlahiyyətlərin olmaması problem olaraq qalır. Əsas iş budur ki, elektron bələdiyyə sistemini lazımı səviyyədə qura biləcəyikmi? Hansı idarə etmə modeli qurmaq olar ki, digər bölgələr elektron müraciət edə bilsinlər. Bələdiyyələrin ciddi layihələri yoxdur. Layihələrin sayı artmalıdır. Tullantıların daşınması bələdiyyələrin hesabına verilməlidir”, - deputat oktyabrın 18-də Milli Məclisdə Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən deyib.
 
2025-ci il üçün dövlət büdcəsindən bələdiyyələrin fəaliyyətinə 7,5 milyon manat ayrılıb.
 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti