Benqazi Liviya ordusunun nəzarətindədir

12:27 | 26.10.2014
Benqazi Liviya ordusunun nəzarətindədir

Benqazi Liviya ordusunun nəzarətindədir

Liviyanın hökumət qüvvələri demək olar ki, ölkənin ikinci böyük şəhəri - Benqazinin 90% ərazisini nəzarət altına götürüblər. 

Bu barədə Liviya milli ordusunun (LMO) nümayəndəsi polkovnik Məhəmməd Xiqazi bəyan edib.

“Hazırda ekstremist dəstələr şəhərin mərkəzində və Benqazinin bəzi ətraflarında cəmləşib. Lakin onlar möhkəm sıxışdırılıblar və biz yerli əhalinin dəstəyi ilə hücumu davam etdiririk”.

Hökumət qüvvələrinin əsasını bu regionda gözdən düşmüş general-mayor Xəlifə Xaftarın tabeliyində olan LMO bölmələri təşkil edir. Mayda o, “Liviya Ləyaqəti” anti-terror əməliyyatına rəhbərlik edib və qarşısına ölkədə ekstremizmin kökünü kəsmək məqsədini qoyub. Xaftara loyal qüvvələr, iyulun ortalarından “Liviya Şəfəqi” adlanan hərbi əməliyyatlar aparan radikallara qarşı durublar.

Ekstremist alyansın tərkibinə “Ənsər əş-Şəriyə” (“Şəriət tərəfdarları”), “Əl-Qaidə” qruplaşmalarının yaraqlıları daxildirlər, onun önündə isə “Müsəlman Qardaşları” dayanıblar. “Liviya Şəfəqi” Benqazi ilə yanaşı, paytaxt Tripoli və bir sıra digər yaşayış məntəqələrinə nəzarət edir.

Trend

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM