“Bentley” yeni modelini təqdim etdi - FOTOLAR

15:23 | 23.09.2014
“Bentley” yeni modelini təqdim etdi - FOTOLAR

“Bentley” yeni modelini təqdim etdi - FOTOLAR

Paris avtosalonunda Britaniya markası “Bentley”nin əsas təqdimatı sedan tipli “Mulsanne Speed” olacaq.

 

Axar.az xəbər verir ki, Paris avtosalonunda təqdim olacaq yeni “Mulsanne”nin üzərində bəzi daxili və xarici kosmetik yeniliklər aparılıb. Bu yeniliklər özünü avtomobilin texniki hissəsində də göstərir.

 

6,75-litrlik tvin-turbo V8 tipli mühərriklə təchiz olunan “Mulsanne” 537 at gücünə malikdir.

 

Yeni “Bentley” 100km/saat sürəti 4.9 saniyəyə toplayır. Avtomobilin maksimal sürəti saatda 305 km-dir.

 

Avtomobilin satışı bu ilin sonunda başlayacaq. Avropada “Bentley Mulsanne Speed” modelinin 315 min avrodan satışa çıxarılacağı gözlənilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM