Yeni ilin əvvəlindən Azərbaycanın daxili bazarında avtomobil benzininin satış qiymətinin artırılması ilə bağlı KİV-də yayılan xəbərlər həqiqətə uyğun deyil. Bu barədə "Report"a Tarif Şurasından məlumat verilib.
"Hazırda Azərbaycanda yanacağın bahalaşması ilə bağlı məsələ Tarif Şurasında müzakirə olunmur", - deyə Şuradan bildirilib.
Məsələyə münasibət bildirən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev də bu xəbəri təkzib edib: "SOCAR yanacağın qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !