Benzin yenidən bahalaşdı

09:23 | 05.04.2014
Benzin yenidən bahalaşdı

Benzin yenidən bahalaşdı

Səhər 80 qəpiyə satılan AI-95, gecənin qaranlığında 13 qəpik bahalaşdırılıbAprelin 4-ü axşam saatlarında AI-95 markalı benzin bahalaşdırılıb. Səhər saatlarına qədər 80 qəpikdən satılan AI- 95-in Tarif Şurasının qərarı olmadan qəfil 93 qəpiyə qədər bahalaşdırılıb.AZPETROL-un yanacaqdoldurma mətəqəsində "Yeni Müsavat”ın əməkdaşına bildirilib ki, bundan sonra AI-95 markalı benzin Avropa standartlarına uyğun Premium markası olaraq satışa çıxarılacaq. Diqqət çəkən məqam həm də odur ki, yanacaqdoldurma məntəqələri Aİ 92 markalı benzinin satışını dayandırıb.Bu artıq 3 ayda benzinin 2-ci dəfə qəfil artımıdır. Dekabr ayında da Azərbaycan hökuməti sürücülərə gecə sürprizi olaraq  AI-80 və AI-92 markalı benzinin bir litrinin qiymətini 55 qəpikdən 70 qəpiyə, AI-95 markalı benzin qiymətini 60 qəpikdən 80 qəpiyə, dizel yanacağının qiymətini isə 45 qəpikdən 60 qəpiyə qaldırmışdı.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM