Benzinin qiyməti qalxacaqmı? - Qubad İbadoğlundan açıqlama

13:57 | 27.02.2015
Benzinin qiyməti qalxacaqmı? - Qubad İbadoğlundan açıqlama

Benzinin qiyməti qalxacaqmı? - Qubad İbadoğlundan açıqlama

 

"Tarif Şurası manatın məzənnəsinin aşağı düşdüyü bir vaxtda benzinin qiymətini qaldırmaz".
 
 Bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu ANN.Az-a açıqlamasında bildirib:

"İnanmıram ki, qiymətlərin bahalaşdığı bir vaxtda benzinin də qiyməti artırılsın. Manatın məzənnəsinin ucuzlaşdığı, inflyasiyaya meylliliyin artdığı bir vaxtda fikrimcə, Tarif Şurası bu addımı atmaz. Çünki manatın məzənnəsinin aşağı düşməsi kifayət qədər qiymət artımına səbəb olub. Tarif Şurası da yəqin bunları nəzərə alıb yanacağın qiymətində hər hansı dəyişiklik etməz".
 
 İqtisadçının sözlərinə görə, əgər belə bir qərar qəbul edilərsə, daha ciddi bir artım olacaq: "Çünki benzinin qiymətinin qalxması tək bir sahədə deyil, bütün sahələrdə qiymət artımına səbəb olur. Belə olduqda isə bu proses inflyasiya prosesini iki rəqəmli edə bilər. İnflyasiyanın iki rəqəmli olması isə iqtisadiyyatda çox güclü fəsadlar yarada bilər. Tarif Şurası benzinin qiymətini qaldırarsa, bu ancaq yerli benzinin qiymətinə təsir edəcək. İdxal olunan benzinin qiymətinə təsir etməyəcək"
 
Orxan Aslanlı
ANN.Az

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM