Dağıstan Respublikasının rəhbəri Ramazan Abdullatipov Dərbəndə gəlib və bərbad vəziyyətdə olan Nizami Gəncəvi parkına baş çəkib. O parkın bu vəziyyətdə olmasını yolverilməz adlandıraraq "öz tarixinə biganə yanaşmaq olmaz" deyib və şəhər rəhbərliyinin ünvanına sərt mesajlar göndərib.
Dağıstan rəhbəri Nizami Gəncəvi parkının və Heydər Əliyev prospektinin təcili olaraq yenidən qurulmasını tapşırıb və məsələni xüsusi nəzarətində saxlayacağını deyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !