Bərdə rayon Alpoud kənd sakini ötən gün axşam saatlarında özünü yandırıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, kənd sakini özünə Bərdə Rayon İcra Hakimiyyətinin binası qarşısında qəsd edib. Kənd sakininin özünü yandırma səbəbi hələ ki, bilinmir. Yanan şəxsin xəstəxanaya yerləşdirildiyi və onun vəziyyətinin ağır olduğu bildirilir. Bərdə Rayon İcra Hakimiyyətindən isə hadisənin ümumiyyətlə baş vermədiyini bildiriblər. Bərdə rayon Polis Şöbəsi isə hadisənin baş verməsini təsdiqləyib. Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsindən ANS PRESS-ə verilən məlumta görə, özünü yandıran Alpoud kənd sakini yanıq xəsarətləri ötən gün xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !