Sentyabrın 23-ü saat 17 radələrində Bərdə rayonu, Mustafağalı kənd sakini Ayşən Həsənovanın Bərdə rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a Bərdə Rayon Prokurorluğundan məlumat daxil olub.
Aparılan araşdırmalarla
müəyyən edilmişdir ki, 1992-ci il təvəllüdlü Ayşən Həsənova qeyd edilən tarixdə yumurtalığın boğulmuş kistası diaqnozu ilə daxil olduğu Bərdə Rayon Mərkəzi Xəstəxanasında kistanın çıxarılması cərrahi əməliyyatı olunduqdan sonra ölüb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !