Bərdədə ana 27 yaşlı oğlunu öldürüb- FOTO

12:10 | 24.07.2020
Bərdədə bədbəxt hadisə baş verib.

Anews.az Avtosfer.az-a istinadən xəbər verir ki, 27 yaşlı oğlan iynənin şokundan ölüb. 

Rayonun Elçin Əsədov küçəsində yaşayan 1993- cü il təvəllüdlü  Quliyev Cahangir Vəli oğluna anası həkim məsləhəti olmadan iynə vurub. 

Bir neçə dəqiqədən sonra onun halı pisləşib. Xəstə dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun  həyatın xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi açılıb.





www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM