Bərdədə at əti satışının qarşısı alınıb - FOTO

15:30 | 14.10.2017
Bərdədə at əti satışının qarşısı alınıb - FOTO

Bərdədə at əti satışının qarşısı alınıb - FOTO

Bərdə Rayon Baytarlıq İdarəsi Karantin polisi ilə birgə rayon ərazisində at əti satışının qarşısını alıb. 

anews.az Report-a istinadən xəbər verir ki, keçirilən reyd zamanı rayonun Bakı küçəsində yaşayan Novruzova Vəsilə Ərşad qızı və onun oğlu Niyamədin Novruzovun yaşadığı evin həyətindəki tikilidə 110 kq at əti aşkar edilib.

Ərazidən götürülən at əti rayon Baytarlıq İdarəsinin soyuducu anbarına yerləşdirilib. Eyni zamanda, atın ətindən və daxili orqanlarından pataloji nümunə götürülərək, Respublika baytarlıq laboratoriyasına göndərilib.

Ekspert rəyindən sonra əlavə tədbirlər görüləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM