İtaliyanın keçmiş baş naziri, “Milan” futbol klubunun sahibi Silvio Berluskoni komandanı satır. Apasport.az saytının məlumatına görə, o, müştəri tapmaq məqsədilə “Lazard Ltd.” şirkəti ilə müqavilə bağlayıb.Şirkətin nümayəndələri bütün maraqlı tərəflərə klubun satıldığı barədə məlumat göndəriblər. Hələlik Berluskoninin klubu neçəyə satmaq istədiyi barədə açıqlama verilmir.Qeyd edək ki, “Lazard Ltd.” Massimo Morattiyə “İnter”in aksiyalarının 70 faizini Erik Toxirə satmağa kömək edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !