Berluskoni qocalar evinə gedir

10:13 | 09.04.2014
Berluskoni qocalar evinə gedir

Berluskoni qocalar evinə gedir

İtaliyanın baş naziri Silvio Berluskoni 9 ay qocalar evində ictimai işlərdə çalışacaq. ANS PRESS-in məlumatına görə, bu barədə İtaliyanın “Avvenire” qəzeti məlumat verir. Yerli hüquq-mühafizə orqanlarının təklif etdiyi tərbiyələndirici işlər psixoloji əhəmiyyət daşımalıdır. Əmək elə də ağır olmamalıdır, öhdəliklərini isə həftədə bir dəfə, səhər və ya nahar vaxtı icra edəcək. Seçimi özü edəcək. Qocalar evi Milanda yerləşir.Cəzanın məqsədi məhkumu islah etməkdir. Buna görə, Berluskoni toksikimanlar və nəzarət altında olan azyaşlılar ilə ünsiyyət qura bilməyəcək. Bundan başqa Berluskoni axşam saat 11-ə kimi evinə qayıtmalı və səhər 6-dan tez də işə getməməlidir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM