Berti Foqts "Qızıl top"a namizədinin adını açıqladı

11:55 | 05.12.2013
Berti Foqts "Qızıl top"a namizədinin adını açıqladı

Berti Foqts "Qızıl top"a namizədinin adını açıqladı

Milli komandamızın baş məşqçisi Berti Foqts "Qızıl top" mükafatı üçün səs verdiyi futbolçuların adını açıqlayıb.Qol.Az-ın məlumatına görə, bu barədə ölkəsinin "Sport Bild" qəzetinə danışan alman mütəxəssisin ilk seçimi "Real"ın (Madrid) və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo olub: "O, dünyanın ən yaxşı futbolçusudur".B.Foqts digər səslərini isə "Bavariya"dan Filipp Lam və "Borussiya"dan (Dortmund) Robert Levandovskiyə verib.Qeyd edək ki, dekabrın 9-u "Qızıl top"a 23 namizəddən ən çox səs toplayan üç oyunçu seçiləcək. Qalibin adı isə 2014-cü il yavarın 13-ü məlum olacaq.Xatırladaq ki, son 4 ildə bu mükafata Argentina millisinin və "Barselona"nın hücumçusu Lionel Messi layiq görülüb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb