Kobanidən qayıdan Peşmerge komandirləri ilə bir araya gələn Bərzani Mosulun işğalı, İraqın keçmiş baş naziri Nuri el-Malikinin səhvləri, İŞİD-lə mübarizə və Kürd regionunun gələcəyinə dair müzkiarələr aparıb.
İŞİD-ə qarşı Kobanidən Celavleyə qədər 1050 kilometrlik sərhəd xəttində vuruşduqlarını deyən Bərzani, "İlk başlarda mənfi vəziyyətlə üzləşdiyimiz doğrudur. Amma bu, müharibədir. Müharibədə bəzən alarsınız, bəzən də itirərsiniz. Bəzən düşməni xarabazara çevirər, bəzən də qaçmaq məcburiyyətində qalarsınız. Amma önəmli olan iradənin möhkəm olmasıdı, iradənin qırılmamasıdır. Kürdüstan xalqının iradəsi qırıla bilməz" - deyib.
Bərzaninin sözlərinə görə, "İŞİD-in Kürdüstana təcavüzünün iki məqsədi var idi: Birincisi, referendum və müstəqillik prosesi çox yüksək bir mərhələyə gəlmişdi. Bu prosesi dağıtmaq istədilər. Ancaq yüz İŞİD, min İŞİD də gəlsə Kürdüstan bölgəsinin müstəqillik və referendum prosesi davam edəcəkdir. Bu məsələdə geri addım atmayacağıq. İkincisi - bu məsələ həm də sünnilərin də kor-koranə İŞİD-i dəstəkləməsinə səbəb olmuşdu - Kürdüstanın idarəçiliyi xaricindəki kürd bölgələri məsələsidir. Onlara görə İŞİD bütün bu əraziləri ələ keçirməli və problem də həll edilməli idi. Lakin hesabları düz çıxmadı. Çünki ABŞ və Aİ ölkələrinin, bu sürətdə gəlib bizə kömək edəcəklərini və Peşmerge-nin, bu dərəcədə müdafiə edəcəyini gözləmirdilər. O səbəbdən pişman oldular".
IŞİD, hücumları səbəbilə itki və zərərlərinin böyük olduğuna diqqəti çəkən Bərzani "Bütün dünya liderləri, başçıları və prezidentlər, Peşmerge-nin insanlıq naminə döyüşdüyünü anladılar. İşimiz, haqlı bir işdir. Xalqımız da haqlı olduğunu bütün dünyaya sübut edib. O səbəbdən də bütün dünya dəstək vermək üşün gəldi" - fikrini dilə gətirdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !