Anews.az "Əl-Ərəbiyyə" telekanalına istinadən xəbər verir ki, bu barədə bu gün kürd lideri ilə danışıqların nəticələri barədə danışarkən İraqın vitse-prezidenti Üsamə ən-Nüceyfi bildirib.
Ən-Nüceyfinin sözlərinə görə, Bərzani İraq hakimiyyəti ilə dialoqa hazırdır.
Bərzani İraqın vitse-prezidentləri Üsamə ən-Nüceyfi və Ayad Alaui ilə danışıqlar aparıb.
Həmin danışıqlarda Bağdadla Ərbil arasında yaranmış böhran vəziyyətindən çıxış üçün yollar axtarılıb.
Bununla belə, İraqın baş naziri ofisinin rəsmi nümayəndəsi Saad əl-Hədisi qeyd edib ki, vitse-prezidentlərin təşəbbüsü Bağdadın rəsmi mövqeyini əks etdirmir və görüşlər mərkəzi hakimiyyətlə razılaşdırılmayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !