Beş dil bilən müəllim yumurta satır

16:36 | 24.11.2014
Beş dil bilən müəllim yumurta satır

Beş dil bilən müəllim yumurta satır

Ölkəsindəki çaxnaşma ucbatından Türkiyəyə gələn və 5 dil bilən suriyalı müəllim Alan Məhəmməd Əli dolanışığını yumurta sataraq keçirir.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, İzmirdə məskunlaşan Əli xanımına və gələn ay dünyaya gələcək körpəsinə baxa bilmək üçün yumurta və toyuq satılan dükanda, gündəliyi 15 lirəyə (5.30 AZN) çalışır.İki il əvvəl evləndiyi xanımı ilə Suriyadan qaçan Əli əsl peşəsi olan müəllimlikdən uzaq düşüb. İngilis dili müəllimi olan qəhrəmanımız babasının və atasının da müəllim olduğunu, onların sayəsində həm uşaqları, həm də məktəbi və müəllimliyi sevdiyini bildirib. Şam Universitetindən 2008-ci ildə məzun olan və türk, ərəb, fransız, ingilis və kürd dilində bilən Əli 2 il müəllimlik etdikdən sonra əsgərliyə gedib. Hərbi xidmətdən qayıtdıqdan sonra isə ölkəsindən ayrılaraq Türkiyəyə gəlib.O, Suriyadakı vətəndaş müharibəsinin həyatını tamamilə dəyişdirdiyinə diqqəti çəkərək, ölkəsini, çox sevdiyi peşəsini və şagirdlərini orada qoyub gəldiyini söyləyib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM