Beşbarmaq dağına ekstremal səyahət - FOTOLAR

19:14 | 11.10.2014
Beşbarmaq dağına ekstremal səyahət - FOTOLAR

Beşbarmaq dağına ekstremal səyahət - FOTOLAR

Rüstəm QasımovQədim zamanlardan səyahətçilərin diqqətini cəlb edən, kilometrlərlə uzaqlıqdan görünən və formasına görə insan əlini - barmaqları xatırladan dağ Azərbaycanda Beşbarmaq adı ilə məşhurdur. Bəzi adamlar bu dağın imam Əlinin əli olmasına işarə edərək buranı islam ziyarətgahı sayırlar.Ancaq dağlar hələ islamın yaranmasından əvvəl də sitayiş və əzəmət yeri olub. Azərbaycana gəlincə, abidələrin və ziyarətgahların islamlaşdırılması bizim ölkəmizin Ərəb xilafəti tərəfindən işğal olunmasından sonra başlanyıb və Şah İsmayıl Xətainin hakimiyyətə gəlişiylə bitib.Ancaq XVIII əsrə qədər bu ərazidə, Quba xanlığının tərkibinə daxil olan yeddi mahaldan biri - Bərmək mahalı yerləşib. Bununla əlaqədar olaraq, bir çox alimlər iddia edirlər ki, "Beşbarmaq" adı məhz yuxarıda adı göstərilən mahalla bağlıdır və beş barmaqla heç bir əlaqəsi yoxdur.Siyəzən rayonunun cənub-şərqində yerləşən Beşbarmaq dağı bizim kiçik səyahətimizin son nöqtəsi oldu. Biz Sumqayıtdan hərəkət edirdik, bir saata qədər vaxtımız yola sərf olundu. Dağı keçmək sadəcə mümkün deyildi, axı bu böyük qayalıq massivi hər yerdən görünür. Zamanla qayalar bir az çatlayıb. Dağın ətrafında daş lövhələrin qırıntıları gözə çarpır. Uzaqdan onlar kiçik görünürlər, amma yaxınlaşdıqda, nə qədər böyük olmalarının fərqinə varırsan.Beşbarmaq dağını bir çox mistik rəvayətlər müşayiət edir. Dağın ikinci adı – Xızır-Zində adlanır. Rəvayətə görə, Xızır peyğəmbər dirilik suyunun axtarışlarına uzun illər vaxt xərcləyib. Uzun yollar qət edib, nəhayət Beşbarmaq dağına gəlib çıxıb. Burada o dirilik mənbəyini tapıb və içərək ölümsüz olub. Ona görə də dağ "Xızır-Zində" adlanır, bunun tərcüməsi "Ölümsüz Xızır" deməkdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb