Bəşər Əsəd və onun ailəsi Rusiyaya gəlib

22:30 | 08.12.2024
Bəşər Əsəd və onun ailəsi Rusiyaya gəlib

Bəşər Əsəd və onun ailəsi Rusiyaya gəlib

Suriya Prezidenti Bəşər Əsəd  ailəsi ilə  Rusiyaya gəlib və Rusiya hakimiyyəti tərəfindən sığınacaqla təmin edilib. Bu barədə bazar günü Rusiya xəbər agentlikləri Kremldəki mənbəyə istinadən məlumat yayıb.
 
"Suriya Prezidenti Bəşər Əsəd Moskvaya gəlib. Rusiya humanitar əsaslarla ona (və ailəsinə) sığınacaq verib",  - Interfax xəbər agentliyi adı açıqlanmayan mənbəyə istinadən bildirib. 
 

Bu arada Suriya müxalifətinin liderləri Suriyada yerləşən Rusiya hərbi bazalarının və diplomatik missiyalarının təhlükəsizliyinə zəmanət veriblər. Bu barədə bazar günü Rusiya xəbər agentlikləri Kremlin mənbəsinə istinadən məlumat yayıb.


"Rusiya rəsmiləri Suriya silahlı müxalifətinin nümayəndələri ilə əlaqədədirlər və onların liderləri Suriyanın ərazisindəki Rusiya hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət veriblər",  - TASS dövlət xəbər agentliyi bildirib.

 

N.Təbrizli




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti