Bəşər Əsəddən ilk İŞİD açıqlaması gəldi

00:05 | 24.09.2014
Bəşər Əsəddən ilk İŞİD açıqlaması gəldi

Bəşər Əsəddən ilk İŞİD açıqlaması gəldi

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın yaydığı xəbərə görə, bu gün paytaxt Şamda prezident Bəşər Əsəd İraq Milli Təhlükəsizlik Müşaviri Falih əl-Fəyyadla görüşüb.  Prezident görüşdən sonra maraqlı açıqlamalarla çıxış edib. B.Əsəd "Təhrikçi terro qrupları ilə illərdir davam edən savaşımızı bütün qətiyyətimizlə dəstəkləyirik. Biz eyni zamanda terrorla mübarizədə beynəlxalq cəhdlərə də dəstək veririk" - deyib.Əsəd əlavə edib ki, terrorla mübarizə sadəcə hərbi əməliyyatlarla məhdudulaşdırla bilməz və belə bir cəhdlə terrorçulara qalib gəlmək mümkün deyil: "Ölkələr eyni zamanda terrorun meydana gəlməsi istiqamətində hər cür dəstəyin dayandırılmasından bəhs edən beynəlxalq qərarlara da riayət etməlidirlər".SANA bu gün eyni zamanda Suriya Xarici İşlər Nazirliyinə istinadən belə bir xəbər də yayıb ki, xarici işlər naziri Vəlid Müallim dünən ABŞ xarici işlər naziri Con Kerridən "Ölkədəki İŞİD mövqelərinin vurulacağına" dair mesal alıb.Həmin xəbərə görə, herri İraq xarici işlər naziri İbrahim əl-Cəfərinin vasitəsilə Vəlid Müallimə İŞİD-ə yönəlik hava hücumlarına görə xəbərdarlıq edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM