“Beşiktaş” İspaniya millisinin sabiq müdafiəçisini transfer edib

18:00 | 07.08.2019
“Beşiktaş” İspaniya millisinin sabiq müdafiəçisini transfer edib

“Beşiktaş” İspaniya millisinin sabiq müdafiəçisini transfer edib

Türkiyənin "Beşiktaş” klubu növbəti transferini rəsmiləşdirib.

APA-nın məlumatına görə, İstanbul təmsilçisi ispaniyalı futbolçu Viktor Ruiz Torre ilə müqavilə imzalayıb.

Ötən mövsüm İspaniyanın "Vilyarreal” klubunda oynayan 30 yaşlı müdafiəçi ilə 3 illik anlaşma əldə olunub. Artıq tibbi müayinədən də keçən arxa xətt oyunçusu 2022-ci ilin yayına qədər "ağ-qaralar”ın formasını geyinəcək.

Qeyd edək ki, vaxtilə İspaniyanın U-17, U-19 və U-19 yığmalarında oynamış müdafiəçi karyerası ərzində "Espanyol”, "Valensiya” və "Napoli”də də çıxış edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM