“Beşiktaş” FK-a yeni prezident seçiləcək

14:42 | 15.09.2022
“Beşiktaş” FK-a yeni prezident seçiləcək

“Beşiktaş” FK-a yeni prezident seçiləcək

Türkiyənin "Beşiktaş” futbol klubunun İdarə Heyətinin sədrliyinə sentyabrın 17-də seçki keçiriləcək. Bu barədə Türkiyənin "FotoMaç" xəbər saytı  məlumat yayıb.


Məlumatda indiki prezident Tevfik Yamantürkdən başqa namizədlər sırasında daha iki nəfərin adlarının olduğu deyilir.


"Beşiktaş"ın keçmiş məclis sədrlərindən Yalçın Karadeniz klub prezidentliyinə namizədliyini açıqlayıb. Aydoğan Cevahir də Qaradənizdən sonra prezidentliyə namizədliyini irəli sürüb.


Yalçın Qaradəniz açıqlamasında "Beşiktaş”a xəyanət etdiyi iddia edilərək işdən çıxarılmasından bəhs edib.


"Məclis seçkilərinə namizəd oldum. Divan kürsüsündə oturmaq üçün özünü gərək başçı kimi aparmayasan. Cəmiyyətdən çox dəstək alıram.Mən peyğəmbər və ya övliya deyiləm.Çıxış edənlərin 40 faizi son qurultayda mənə təşəkkür etdilər.Lakin "Beşiktaşa xəyanət etdim" deyərək məni qovdular.. Kaş ki, klub iflas həddinə gəlməyəydi və mən haqlı olmayaydım. Beşiktaş üçün parlaq günlər arzulayıram”, - Yalçın Qaradəniz deyib.


"Beşiktaş” futbol klubunun hazırkı şura sədri Tevfik Yamantürk sosial media hesabından kluba prezidentlik namizədliyini bildirib.


"Həm şəxsi həyatımda, həm də iş həyatımda birlikdə yola çıxdığım insanları dəyişdirmirəm. Ona görə də əvvəlki dostlarımızla yenidən Beşiktaş Divan Başkanlığına namizədik”, - Tevfik Yamantürk deyib.

 

Aydoğan Cəvahir isə 2019-cu ildə "Beşiktaş”ın prezidentliyinə namizədliyini elan etmişdi.

 

Sadiq Cavadov


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti