İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanın aparıcı yarımmüdafiəçisi Jorj-Kevin N Kudu zədələnib.
Səfərdə "Kasımpaşa" ilə 1:1 hesablı heç-heçə etdikləri Türkiyə Super Liqasının XV tur matçında ayaq biləyindən xəsarət alan 26 yaşlı oyunçunun təqribən 3 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
Bu mövsüm "Beşiktaş"ın heyətində 9 oyunda meydana çıxan Jorj-Kevin N Kudu 2 qol vurub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !