“Beşiktaş”ın futbolçusu Azərbaycanda oynamaqdan imtina etdi

14:25 | 08.01.2014
“Beşiktaş”ın futbolçusu Azərbaycanda oynamaqdan imtina etdi

“Beşiktaş”ın futbolçusu Azərbaycanda oynamaqdan imtina etdi

Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Mehmet Akgün karyerasını Azərbaycanda davam etdirməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin heyətinə düşməkdə çətinlik çəkən 28 yaşlı yarımmüdafiəçi “Ərciyəsspor”a üstünlük verib.Peşəkar karyerasına Dortmund “Borussiya”sında başlayan Almaniya türkü Kayseri təmsilçisi ilə ilkin razılıq əldə edib. Mehmetin meneceri Öndər İncə bildirib ki, müştərisinə “Elazığspor”, “Qaziantepspor”, “Antalyaspor”, “Çaykur Rizəspor” və adı açıqlanmayan Azərbaycan klubu da elçi düşübmüş. Lakin futbolçu və meneceri bu variantlardan imtina edib “Ərciyəsspor”a üstünlük verməyi məqsədəuyğun sayıb. “Beşiktaş”la qarşılıqlı şəkildə müqaviləni pozulmasından sonra bu keçid rəsmiləşməlidir.Qeyd edək ki, Akgün vaxtilə “Borussiya”nın əsas heyətində də 4 oyun keçirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb