"Beşiktaş" uzun müddətdir transfer etmək istədiyi Ronaldinyoya 2 illik müqavilə təklif edib. Braziliyalı ulduzun meneceri, həm də böyük qardaşı Roberto Assis İstanbulda "Beşiktaş"ın vitse-prezidenti Əhməd Nur Cebi ilə görüşüb. Görüşdə klubun idman direktoru Öndər Özen də iştirak edib.
Məlumata görə, İstanbul klubu Ronaldinyoya illik 6 milyon avro olmaqla 2 illik müqavilə təklif edib. Klubun İdarə Heyətinin üzvü Əhməd Kavalcı Ronaldinyonun transferini sponsorlar vasitəsi ilə həyata keçirmək istədiklərini bildirib:
"Ronaldinyo ilə rəsmi transfer danışıqları başladı. Xərcini sponsorlar vasitəsilə qarşılamaq istəyirik".
Ronaldinyonun İstanbul klubunun təklifinə ən gec 1 həftə ərzində dəyərləndirəcəyi gözlənilir.
ANS Press
Bizi sosial şəbəkələrdə izləyin !