Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum edilib

13:00 | 13.01.2025
Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum edilib

Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm oxuyub. Bununla bağlı Hacıyevin vəkili Elçin Sadıqov deyib. 
 
Elçin Sadıqov bildirib ki, Bəxtiyar Hacıyev məhkəmə qərarından razı deyil. Vəkil vurğulayıb ki, bu qərardan apellasiya şikayəti veriləcək. 
 
Bundan əvvəlki məhkəmə prosesində dövlət ittihamçısı onun 11 il həbs olunmasını istəmişdi 
 
Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin  "xuliqanlıq” (CM-nin 221-ci maddəsi) və "məhkəməyə hörmətsizlik” (CM-nin 289-cu maddəsi) nəzərdə tutan maddələri ilə  ittiham olunur.


Bu ilin iyulunda onun ittiham olunduğu maddələrin üzərinə  192-ci (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirləri leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (qəsdən saxta sənədlərdən istifadə etmə) maddələri də əlavə edilib.
 
Noyabrda isə o əlavə olaraq Cinayət Məcəlləsinin 213.1 (vergiləri, işsizlikdən sığorta ödənişlərini, icbari tibbi və sosial sığortanı ödəməkdən yayınma) maddəsi ilə ittiham olunub.


Bəxtiyar Hacıyev  ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını bildirib və siyasi motivlərlə  həbs olunduğunu bəyan edib. 


Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
 
Bəxtiyar Hacıyev ABŞ-ın Harvard universitetinin məzunudur. Bu universiteti beynəlxalq münasibətlər ixtisası üzrə bitirib və vətənə qayıdandan sonra əsasən hüquq müdafiəçisi kimi fəaliyyət göstərib. 
 
Gülnar Nazimqızı 
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM