Bəxtiyar Hacıyev azadlığa buraxılmadı

17:19 | 15.12.2022
Bəxtiyar Hacıyev azadlığa buraxılmadı

Bəxtiyar Hacıyev azadlığa buraxılmadı

İctimai fəal Bəxtiyar Hacıyevın apellasiya şikayəti təmin olunmayıb.Bu barədə Hüquq Müdafiəçisi Rüfət Səfərov facebookda paylaşımında yazıb.

Rüfət Səfərov bildirir ki, Hacıyev artıq aclıq aksiyasına başlayıb.

İctimai fəal Bəxtiyar Hacıyev  barəsində Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Fuad Axundovun qərarı ilə 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib. 

Hacıyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələri ilə təqsirli bilinib. Həmin maddələr ilə o, pul cəriməsi və ya  3 ilədək azadlıqdan məhrum edilə bilər.

İctimai fəalın vəkili bildirib ki, Hacıyev məhkəmədə çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda səsləndirdiyi tənqidi  fikirlərinə görə  təqib olunduğunu bildirib.

Hacıyev jurnalist Ülviyyə Alovlunun şikayəti ilə xuliqanlıqda ittiham olunur və bir-birini böhtanda ittiham edirdilər
 
Gülnar Nazimqızı
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb