• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Bəxtiyar Hacıyev azadlığa buraxılmayıb

Bəxtiyar Hacıyev azadlığa buraxılmayıb
24.01.2023 16:15
Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyevin girov müqabilində azadlığa buraxılmaması ilə bağlı şikayətini təmin etməyib. Bu barədə onun vəkili Aqil Layıc məlumat verib

Məhkəmə keçirilən iclasda şikayəti əsassız hesab edib.

Bəxtiyar Hacıyev  barəsində Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Fuad Axundovun qərarı ilə 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.
 
Hacıyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələri ilə təqsirli bilinib.
 
Hacıyev jurnalist Ülviyyə Alovlunun şikayəti ilə xuliqanlıqda ittiham olunur  və bir-birini böhtanda ittiham edirdilər.
 
Hacıyev dekabrın 15-də həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. 29 dekabrda, o, yaxınlarının təkidi ilə aclığı dayandırıb. Lakin yanvarın 8-dən etibarən o, yenidən aclığa başlayıb. Buna səbəb onun ev dustaqlığına buraxılması ilə bağlı müraciətinin məhkəmə tərəfindən təmin edilməməsi olub. 
 
Hacıyev ev dustaqlığına buraxılması ilə bağlı appelyasiyaya iki dəfə müracət ünvanlasa da, şikayəti təmin olunmayıb. 

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda aclığı davam etdirir.
 
Yanvarın 21-də Hacıyevin həbs müddəti 2023- cü ilin fevralın 28- dək uzadılıb.
 
Lida Abbaslı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Euronews"un yerli ofisi açılıb
Cəmiyyət 20:29
Bakıda "Euronews"un yerli ofisi açılıb
Elektron Təhlükəsizlik Xidməti "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edib
Cəmiyyət 20:22
Elektron Təhlükəsizlik Xidməti "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edib
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:16
Bu ərazilərdə qaz olmayacaq
Qəbələdə yanğın olub - Video
Cəmiyyət 18:05
Qəbələdə yanğın olub - Video

Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi təsdiq edilib
Cəmiyyət 17:27
Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi təsdiq edilib
Qubada avtomobil hindistanlı turisti vuraraq öldürüb
Cəmiyyət 16:18
Qubada avtomobil hindistanlı turisti vuraraq öldürüb
Sosial şəbəkədə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfər ifşa edilib
Cəmiyyət 16:04
Sosial şəbəkədə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfər ifşa edilib
Son beş ildə 412 nəfər mina qurbanı olub
Cəmiyyət 15:29
Son beş ildə 412 nəfər mina qurbanı olub
Bakıda WUF13-də Azərbaycan milli pavilyonu təqdim olunacaq
Cəmiyyət 14:59
Bakıda WUF13-də Azərbaycan milli pavilyonu təqdim olunacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol