• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 8 maddəsilə ittiham olunur

Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 8 maddəsilə ittiham olunur
14.11.2023 10:28
İctimai fəal Bəxtiyar Hacıyevin işi üzrə ibtidai istintaq yekunlaşıb, o, Cinayət Məcəlləsinin 8 maddəsilə ittiham olunur.  Bu barədə noyabrın 13-də vəkil Rövşanə Rəhimli "Turan" informasiya agentliyinə açıqlamasında bildirib.

O bildirib ki, Hacıyev Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq); 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılması); 206.1 (qaçaqmalçılıq): 213.1 (vergi ödəməkdən yayınmaq); 221.2.2 (hakimiyyət nümayəndəsinə müqavimətlə bağlı xuliqanlıq); 289.1 (məhkəməyə hörmətsizlik); 320.1 (şəxsiyyət vəsiqəsinin və ya digər rəsmi sənədin saxtalaşdırılması və ya qanunsuz hazırlanması, ştampların, möhürlərin, blankların saxtalaşdırılması); 320.2 (bilərəkdən saxta sənədlərdən istifadə) itiham olunur.

Vəkilin sözlərinə görə, cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Ünvanlanan ittihamlar arasında təkcə 193-1.3.2-ci maddəyə əsasən, 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.  
 
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.
 
Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, ittihamlar Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.

"Yeni ittihamlar QHT işlərində olan ittihamlardır. Guya Bəxtiyar Hacıyev qrantlar alıb və təyinatı üzrə xərcləməyib. Bəxtiyar Hacıyev ittihamları qəbul etmir. O bildirdi ki, ittihamlar onun ictimai və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlıdır. Bu ittihamlar təqibin əsas mahiyyətini göstərir," - vəkil bildirib.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib. Sonuncu dəfə isə iyulun 22-də Xətai Rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında fəal barəsində həbs qətimkan tədbirini oktyabrın 8-dək uzadıb.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.

Aytac Zeynalova



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Leyla Əliyevadan uşaqlarla bağlı paylaşım - Video
Cəmiyyət 14:15
Leyla Əliyevadan uşaqlarla bağlı paylaşım - Video
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
QNET-də “part-time” fəaliyyəti tam ştatlı işlə necə balanslaşdırmaq olar?
Cəmiyyət 12:23
QNET-də “part-time” fəaliyyəti tam ştatlı işlə necə balanslaşdırmaq olar?
Xaçmazda 20 yaşlı gənc dəm qazından boğularaq ölüb
Cəmiyyət 12:01
Xaçmazda 20 yaşlı gənc dəm qazından boğularaq ölüb
Ucarda qəza olub, yaralılar var
Cəmiyyət 11:30
Ucarda qəza olub, yaralılar var
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 10:00
Bu ərazilərdə qaz olmayacaq
Ucarın elektrik yarımstansiyasında yanğın olub, kəndlər işıqsız qalıb
Cəmiyyət 09:13
Ucarın elektrik yarımstansiyasında yanğın olub, kəndlər işıqsız qalıb
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Cəmiyyət 09:09
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol