Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 29 saylı Səbail seçki dairəsindən namizəd Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.
"Qafqazinfo” xəbər verir ki, namizədin ərizəsi barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.
R. İbrahimov bildirib ki, şikayətçi səsvermə günü 22 məntəqə üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini tələb edib. O, ərizəyə 1 ədəd elektron daşıyıcı təqdim edib.
B. Hacıyev çıxışında bildirib ki, bu dairədə bütün yerli və beynəlxalq ictimaiyyətin gözü var: "Ona görə bu dairə yaxşı araşdırılmalıdır. Səslər digər namizədin xeyrinə çox yazılıb. Möhürlü-imzalı protokolda olan səslərlə açıqlanan səslər arasında fərq var”.
MSK sədri namizədə bildirib ki, 23-cü məntəqədən narahat olmasın, onu araşdıracağıq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !