Bəxtiyar Hacıyevin vəkillərinin vəsatəti təmin olunmayıb- VİDEO

16:50 | 02.02.2024
Bəxtiyar Hacıyevin vəkillərinin vəsatəti təmin olunmayıb- VİDEO

Bəxtiyar Hacıyevin vəkillərinin vəsatəti təmin olunmayıb- VİDEO

Bu  gün Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun rəhbərliyi ilə  ictimai fəal Bəxtiyar Hacıyevin işi ilə bağlı məhkəmənin növbəti iclası keçirilib.  
 
Hacıyevin vəkili Elçin Sadıqov Anews.az-a bildirib ki, müdafiə tərəfin vəsatətləri təmin edilməyib. 
 
"Bu günki məhkəmə prosesində dövlət ittihamçısı ittihamı səsləndirdi və Bəxtiyar Hacıyev bildirdi ki, ittihamın mahiyyətini başa düşmür. İttihamın mahiyyəti ona izah olunmalıdır. Amma ittihamın mahiyyəti ona izah olunmadı. Sadəcə olaraq həmin maddələrdə göstərilmiş məsuliyyətlər izah olundu. Daha sonra məhkəmə istintaqının necə aparılması ilə bağlı fikirlər səsləndirildi. Dövlət ittihamçısı təklif elədi ki, zərərçəkimiş şəxs birinci dindirilsin sonra Bəxtiyar Hacıyev. Biz bildirdik ki, Bəxtiyar Hacıyev ifadə verməyə hazırdır və yazılı ifadəsini elektron məhkəmə sisteminə yerləşdirib. Təəssüf ki, məhkəmə prokror dediyi kimi elədi. Birinci zərərçəkmiş şəxsin dindirilməsinə qərar verdi və məhkəməni 16 fevrala təxirə saldı”, - Sadıqov bildirib. 
 
Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) , 289.1 (məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq) , 193-1 (cinayət yolu ilə əldə edilmiş pulvəsaitlərini və ya digər əmlakı leqallaşdırma) , 320.1 (rəsmi sənəd saxtalaşdırma) , 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur.
 
Məhkəmənin növbəti iclası fevralın 16-da keçiriləcək.
 

 
Çiçək Sadatova
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb