• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Bəxtiyar Hacıyevin və yaxınlarının evində axtarış aparılır- Vəkil

Bəxtiyar Hacıyevin və yaxınlarının evində axtarış aparılır- Vəkil
06.06.2023 10:20
Hazırda Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılır. Bu barədə vəkil Elçin Sadıqov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Hacıyevin Gəncədə olan ata evlərində, qardaşının evində, dostlarının evində və avtomobilində axtarış götürmə istintaq hərəkətləri aparılır. Şəslərin telefonları da əllərindən alınıb.

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da həbs olunub. 
 
O, məhkəməyə hörmətsizlikdə və xuliqanlıqda ittiham olunur. Məhkəmə onun barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Sonradan ona ünvanlanan ittihamlar ağırlaşdırılıb.

 Fevralın 24-də məhkəmə onun haqqındakı həbs-qətimkan tədbirini daha 2 ay uzadıb. 

İctimai fəal həbsinə etiraz olaraq yanvarın 9-dan bəri aclıq aksiyası keçirirdi. Hacıyev həbsdə ikən onu gözdən salmaq üçün sosial media kanallarında kampaniya başladılıb. Burada onun şəxsi həyatına aid materiallar və intim görüntülər paylaşılıb. Bir çox ictimai və siyasi xadimlər ictimai fəalın fəaliyyətinə bu cür kölgə salmaq cəhdlərinin yolverilməz olduğunu bildiriblər. 

Vəkil Aqil Layıc bildirib ki, Bəxtiyar Hacıyev öz təşəbbüsü ilə ictimaiyyətin fikrini nəzərə alaraq aclıq aksiyasını dayandırıb. 

Fevralın 28-də, aclıq aksiyasının 51-ci günündə Hacıyev aclığı dayandırıb.

Dövlət Departamentinin, ABŞ Senatının, Avropa İttifaqının, Avropa Şurasının və bir sıra beynəlxalq QHT-lərin nümayəndələri dəfələrlə Hacıyevin həbsdən azad olunmasını tələb ediblər


Aytac Zeynalova




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Cəmiyyət 12:25
Sabahın hava proqnozu
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - Video
Cəmiyyət 12:10
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - Video
AZAL Bakı-Moskva-Bakı reysi üzrə uçuşları bərpa edib
Cəmiyyət 11:09
AZAL Bakı-Moskva-Bakı reysi üzrə uçuşları bərpa edib
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Cəmiyyət 10:55
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox pul oğurlanıb
Cəmiyyət 10:37
Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox pul oğurlanıb
Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım edib
Cəmiyyət 10:13
Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım edib
Çaylarda sululuq artıb
Cəmiyyət 10:10
Çaylarda sululuq artıb
“BakıKart”da problem yaranıb
Cəmiyyət 09:25
“BakıKart”da problem yaranıb
Qazaxda yol qəzası olub,4 nəfər xəsarət alıb
Cəmiyyət 23:56
Qazaxda yol qəzası olub,4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol