Bəxtiyar Hacıyevin vəziyyəti ağırlaşır - vəkillər

22:30 | 03.02.2023
Bəxtiyar Hacıyevin vəziyyəti ağırlaşır - vəkillər

Bəxtiyar Hacıyevin vəziyyəti ağırlaşır - vəkillər

İctimai fəal Bəxtiyar Hacıyev 26-cı gündür ki, Bakı cəzaçəkmə müəssisəsində azadlığa buraxılması tələbi ilə aclıq aksiyası keçirir.

Qardaşı Vüqar Hacıyevin  verdiyi məlumata görə, bugünkü telefon söhbəti  zamanı BəxtiyarHacıyev tez-tez başgicəllənmə və letargiya hiss etdiyini bildirib.

"Bizi narahat eləməmək üçün özünü toparlamağa çalışsa da  zəif səsi və kəsilən  nitqi onun nə qədər pis durumda olduğunu göstərirdi”, - fəalın qardaşı bildirib.

Öz növbəsində vəkillər Cavad Cavadov, Bəxtiyar Hacıyev (fəalın adaşı və adaşı), Zibeydə Sadıqova, Elçin Sadıqov, Nemət Kərimli və Rövşanə Rəhimli Penitensiar Xidmətə və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə həkim Adil Qeybullanın Bəxtiyar HAcıyevi müayinə etmək üçün  cəzaçəkmə müəssisəsinə buraxılması xahişi ilə müraciət ediblər. 

Vəkillər hesab edir ki, ümumilikdə 39 gündür aclıq aksiyası keçirən Hacıyev  hər an komaya düşə bilər.
 
Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyətin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasını dayandırıb. Lakin apellyasiya məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra yanvarın 9-da aclıq aksiyasını bərpa edib və bu günə qədər davam edir.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb