Gənc fəal, “Müsbət Dəyişiklik” Gənclər Hərəkatının rəhbəri Bəxtiyar Hacıyev qeyri-müəyyən müddətə Azərbaycan tərk edib. ANN.Az Modern.az-a istinadən xəbər verir ki. bu barədə onun özü məlumat verib: “Dünən mən də qeyri-müəyyən müddətə Azərbaycanı tərk etdim. Nə vaxt Bakıda oturub paslanmadığımızı, qorxa-qorxa oturmayacağımızı bilsəm, nə vaxt həbsdə olan dostları və hüquqlarımı müdafiədə çox böyük zəhməti olan vəkilimi müdafiənin “xalq düşməni” olmaq yox, dosta sədaqət olduğunu anlasalar və hədə ilə danışmaqdan əl çəksələr, nə vaxt bizi ölkəmizin müsbət dəyişiklikləri üçün hədə yox, yardımçı olduğumuzu anlasalar, onda da qayıdaram.Evdə əşyaları toplamaq, yaxınlar və dostlarla bir çox xoş xatirələri arxada buraxmaq, “bəlkə bu dağlara bir də gəlmədim” əhvalında şəhərə baxmaq asan deyildi. Kiminsə haqqı qalıbsa, haqqını halal etsin, bilmədən xətrinə dəymişəmsə, üzrlü saysın”.Hazırda Bəxtiyar Hacıyevin Yunanıstanın Sparta şəhərində olduğu məlumdur.32 yaşlı Bəxtiyar Hacıyev vətəndaş cəmiyyətinin aktiv fəallarından olmaqla bərabər, 2010-cu ildə deputatlığa namizədliyini irəli sürüb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !