Beyin əməliyyatı keçirdi, fobiyası yoxa çıxdı - ŞOK

22:28 | 04.11.2014
Beyin əməliyyatı keçirdi, fobiyası yoxa çıxdı - ŞOK

Beyin əməliyyatı keçirdi, fobiyası yoxa çıxdı - ŞOK

Şiddətli başağrısı səbəbilə həkimə müraciət edən İngiltərə vətəndaşı təcili beyn əməliyyatına götürülüb, amma bundan sonra onun həyatında elə bir dəyişiklik olub ki...ANN.Az xəbər verir ki, İngiltərədə həkimlər şiddətli baş ağrılarından şikayət edən xəstə üzərində beyn əməliyyatı aparıblar. Əməliyyat zamanı duyğu orqanlarından cavabhed olan beyn hissəsinə - amigdalaya müdaxilə edilib və onun kiçik bir hissəsi götürülüb.Əməliyyatdan sonra xəstə özünü yaxşı hiss edib, baş ağrıları keçib. Amma xəstədə gözlənilməz digər dəyişikliklər də ortaya çıxb. Belə ki, xəstə əvvəllər sevmədiyi reklam musiqilərini, yaxud buna bənzər digər səsləri dinləyərkən mədəsi bulanır, rahatsızlıq yaşayırmış, amma indi belə hal keçirmir. Xəstə həm də ən həyatının ən böyük qorxusunu da dəf edib - o əvvəllər hörümçəkdən dəhşətli dərəcədə qorxurmuş. Harda hörümçək görürmüşsə, ona ya ayaqqabı atırmış, ya da tozsovuran maşınla onu məhv edirmiş. Lakin əməliyyatdan sonra xəstə hörümçəyi əlinə alır, onunla saatlarla oynayır.Xəstəni əməliyyat edən "Brighton və Sussex" Tıbb Məktəbinin həkimi Nick Medford nəticənin necə əldə edildiyinə dair qəti fikir söyləyə bilməyib. Onun sözlərinə görə, yalnız xəstəni narahat edən baş ağrılarını kəsmək istəyiblər. Mütəxəssis ehtimal edir ki, amigdaladan götürdükləri kiçik hissədə xəstənin fobayasını ortaya çıxaran sinirlər də olub. Nəticənin ortada olmasına baxmayaraq, bunna bənzər fobiyası olan digər xəstələrdə eyni əməliyyatın aparılmasına icazə verilmir. Mütəxəssislər hesab edir ki, bu uzun müddət araşdırma tələb edən elmi işdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM