Beyləqanda 18 yaşlı qızı bu hala salıb yolun qırağına atdılar — Beyləqanda - FOTOLAR

19:55 | 08.10.2019
Bu gün səhər saatlarında Beyləqan-Kəbirli avtomobil yolunun sağ hissəsində 17-18 yaşlı qız meyiti tapılıb.
"Ölkə.Az"-ın bölgə müxbirinin verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə çağırılıb. Məlum olub ki,  həmin qadın Beyləqan rayonu, Yuxarı Aran kənd sakini,  2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızıdır. Onda qapalı kəllə-bəyin travması sınığı,sağ budun küt travması, alın nahiyəsinin əzilmiş-sıyrılmış yarası aşkar edilib. Qadın komatoz vəziyyətdə olduğu məüyyənləşdirilib. Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.





www.anews.az
loading...