Beynəlxalq axtarışa verilmiş 2 şəxs Azərbaycana ekstradisiya edilib

19:16 | 25.05.2023

Beynəlxalq axtarışa verilmiş 2 şəxs Azərbaycana ekstradisiya edilib.
 
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
 
Baş Prokurorluğun vəsatətləri əsasında Polşa Respublikası və Rusiya Federasiyası tərəfindən müvafiq olaraq "Ekstradisiya haqqında" 13.12.1957-ci il tarixli Avropa Konvensiyanın və müvafiq Əlavə Protokollarının, həmçinin "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşları Yusif Əliyev və Lamin Vəliyevin ölkəmizə ekstradisiyası haqqında qərar qəbul olunub.

Belə ki, Azərbaycan ərazisində Lamin Vəliyevin oğurluq, Yusif Əliyevin isə quldurluq cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində beynəlxalq axtarış elan edilib.

Mayın 25-də Lamin Vəliyev və Yusif Əliyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb