• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

ABB 20 illik ipotekanı bərpa edəcəkmi? – AÇIQLAMA

ABB 20 illik ipotekanı bərpa edəcəkmi? – AÇIQLAMA
09.02.2017 15:00
Azərbaycan Beynəlxalq Bankı bir sıra tikinti şirkətləri vasitəsilə təklif etdiyi 20 illik ipoteka kreditini dayandırdıqdan sonra, mənzil satışları kəskin aşağı düşüb. 

Tikinti şirkətləri isə endirim və daxili kreditləri ilə yaranmış vəziyyəti az da olsa kompensasiya etməyə çalışırlar.

20 illik ipoteka kreditinin nə vaxt bərpa ediləcəyi tikinti şirkətləri ilə bərabər, alıcıları da maraqlandırır.

ANN.Az xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankından (ABB) "Marja”nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi hökumətin əsas prioritetlərindən biridir:

"Sərt monetar siyasət bu sabitliyin təmin olunması üçün zəruridir. Uçot dərəcəsinə yaxın faiz dərəcələri (15%) ilə qısamuddətli risksiz monetar alətlər olduğu halda, məhdud likvid manat vəsaitlərinin uzunmüddətli (20 il), həm də yüksək kredit və digər risklər daşıyan 10%-li kredit qoyuluşlarına yönəldilməsi bank tərəfindən ən azı irrasional qərar olardı.

Gələcəkdə makroiqtisadi göstəricilərdən asılı olaraq, bank ipoteka layihələrinin bərpasına qərar verə bilər”.

Bankdan o da qeyd olunub ki, mənzil krediti layihəsi çərçivəsində ABB ilə əməkdaşlıq edən MTK-lardan yaşayış sahəsinin alınması məqsədilə borcalana verilmiş kreditin müvafiq meyarlarla digər potensial borcalanların adına keçirilməsi mümkündür.

Qeyd edək ki, tikinti şirkətləri müştərilərinə Beynəlxalq Bankın yaxın günlərdə krediti bərpa edəcəyini bildirirlər. Artıq bir sıra tikinti şirkəti öz Facebook səhifəsində bu barədə müştərilərə cavablar yazırlar.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda qeydiyyatda olan işsiz şəxslərin sayı açıqlanıb
İqtisadiyyat 17:48
Azərbaycanda qeydiyyatda olan işsiz şəxslərin sayı açıqlanıb
Hava nəqliyyatı ilə sərnişin daşımalar artıb
İqtisadiyyat 16:51
Hava nəqliyyatı ilə sərnişin daşımalar artıb

Azərbaycanda yük daşımaları artıb
İqtisadiyyat 15:22
Azərbaycanda yük daşımaları artıb
Azercell Ucal Haqverdiyevin 65 illik yubileyi münasibətilə rəssamın əsərlərindən ibarət kitabı təqdim edib
İqtisadiyyat 12:36
Azercell Ucal Haqverdiyevin 65 illik yubileyi münasibətilə rəssamın əsərlərindən ibarət kitabı təqdim edib
Azərbaycan OPEC Beynəlxalq İnkişaf Fondu ilə Çərçivə Sənədi imzalayıb
İqtisadiyyat 11:59
Azərbaycan OPEC Beynəlxalq İnkişaf Fondu ilə Çərçivə Sənədi imzalayıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:41
Bu günə olan məzənnə açıqlanıb
“Azeri Light” neftinin qiyməti 76 dollar həddindən aşağı düşüb
İqtisadiyyat 09:40
“Azeri Light” neftinin qiyməti 76 dollar həddindən aşağı düşüb
Tehranın “qırmızı xətt” oyunu: Hörmüz boğazı üzərində artan risklər
İqtisadiyyat 08:52
Tehranın “qırmızı xətt” oyunu: Hörmüz boğazı üzərində artan risklər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol