Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı departamenti ləğv edilib.
Bu barədə "APA-Economics"in bankdakı mənbəyi bildirib.
Bildirilir ki, departamentin fəaliyyəti ABB rəhbərliyinin qərarı ilə dayandırılıb.
"Departamentin direktoru Behnam Qurbanzadə və departamentin digər əməkdaşları işdən kənarlaşdırılıblar", - deyə mənbə qeyd edib.
İnformasiyanı bankdan "APA-Economics"ə təsdiqləyiblər.
Qeyd edək ki, ABB İslam bankçılığını regionda ilk tətbiq edən bank olub. Bank ölkədə İslam bankçılığının tətbiq edilməsi üzrə layihə çərçivəsində yaradılmış "İslam pəncərəsi”nin açılması haqqında 2012-ci ilin sentyabrında elan edib. Az sonra İdarə Heyətinin qərarı ilə bankda İslam bankçılığı departamenti yaradılıb. Departament müştərilərinə - hüquqi və fiziki şəxslərə xidmət göstərməyə 2013-cü ilin aprel ayından başlayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !