"Beynəlxalq Bank"ın əməkdaşı məhkəmə zalında həbs edilib

12:19 | 21.02.2018

"Beynəlxalq Bank"ın əməkdaşı məhkəmə zalında həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin mənimsəmədə təqsirləndirilən əməkdaşı Əlisultan Məmmədov, Ramin Səməndərov və Kifayət Səmədovanın məhkəmə prosesi başa çatıb. 
 
APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, Ə. Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Digər təqsirləndirilən şəxslər barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. 

Qeyd edək ki, Ə. Məmmədov barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti