Beynəlxalq Boks Assosiasiyasının (İBA) prezidenti Umar Kremlyov Azərbaycana işgüzar səfərə gələcək, bu barədə federasiyadan bildirilib.
İBA rəhbəri dekabrın 23-də Bakıda olacaq.
O, səfəri çərçivəsində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovla görüşəcək. Umar Kremlyov həmçinin Boks Mərkəzində milli komandanın çalışdırıcıları ilə birgə azərbaycanlı boksçulara məşq də keçəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !