Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Yanukoviç dövründə Maydanda baş vermiş cinayətləri araşdıra biləcək.
APA-nın BMT Xəbərlər Mərkəzinə istinadən verdiyi məlumata görə, aprelin 17-də BCM katibi Ukrayna hökumətindən müvafiq məktub alıb.
Həmin məktubda BCM-ə 2013-cü ilin noyabrın 21-dən 2014-cü ilin fevralın 22-dək Ukrayna ərazisində törədilmiş cinayətlərin araşdırılması hüququnun verildiyi bildirilir. Lakin BCM-ə bu hüququn tanıdılması o demək deyil ki, o, dərhal cinayətlərin araşdırılmasına başlaya biləcək. BMC prokuroru təqdim olunmuş məlumatın cinayət işinin qaldırılması üçün yetərli olub-olmayacağını müəyyənləşdirməli olacaq. Hətta araşdırma başlasa belə, prokuror əldə olunmuş dəlil-sübutların əsasında cinayətlərdə ittiham olunan şəxslərin həbsi üçün hakimlərdən orderin istənilib-istənilməməsinə dair qərar verməli olacaq. Qeyd edək ki, BCM-in səlahiyyət çərçivəsinə yalnız ən ağır beynəlxalq cinayətlər aiddir. ANNET.Az
Bizi sosial şəbəkələrdə izləyin !