Beynəlxalq Qran Pridə uğurla çıxış etmiş Azərbaycanın gimnastları Vətənə qayıdıblar

22:35 | 10.04.2023
Beynəlxalq Qran Pridə uğurla çıxış etmiş Azərbaycanın gimnastları Vətənə qayıdıblar

Beynəlxalq Qran Pridə uğurla çıxış etmiş Azərbaycanın gimnastları Vətənə qayıdıblar

Fransanın Tiye şəhərində keçirilən 34-cü beynəlxalq Qran Pridə uğurla çıxış etmiş Azərbaycanın bədii gimnastları Vətənə qayıdıblar.

Zöhrə Ağamirova, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığma komandanın üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıblar.

Qeyd edək ki, Zöhrə Ağamirova Qran Pridə 1 qızıl, 3 gümüş medala sahib çıxıb. Böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığmanın digər üzvləri isə 3 lent və 2 topla gümüş, 5 halqa ilə hərəkətlərin icrasında bürünc mükafata yiyələniblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM