Beynəlxalq Qızıl Xaç Komitəsindən Suriyaya gedən azərbaycanlılarla bağlı açıqlama

16:37 | 17.03.2014
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Suriyada olan azərbaycanlıların taleyinə aydınlıq gətirilməsinin yollarını açıqlayıb.Suriyada olan azərbaycanlıların yerini müəyyənləşdirməklə bağlı APA-nın sualını cavablandıran BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova bildirib ki, Suriyada davam edən silahlı vuruşmalar, öz qohumları ilə əlaqəni itirən şəxslər üçün axtarış fəaliyyətlərini həyata keçirməyi həddindən artıq çətinləşdirir: “Beynəlxalq Qızıl Xaç Komitəsinin Suriyadakı nümayəndəliyi Suriya Ərəb Qızıl Ayparası ilə yaxın əməkdaşlıq şəraitində işləyir. Suriyadan kənarda yaşayan ailələrin sorğuları konkret hala uyğun nəzərdən keçirilir. Ailələrin Suriyadakı qohumları barədə dəqiq və ətraflı məlumat vermələri onların mümkün yerini aydınlaşdırmalar üçün vacibdir. Axtarış sorğusu ancaq o halda açılır ki, ailə axtardığı üzvü barədə kifayət qədər məlumat verə bilsin. Bu yanaşma bütün dünyada olan Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəlikləri və Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri tərəfindən də eyni yanaşmadan istifadə olunur. Bunun əsasında Suriyada qohumu olan ailənin sorğusu qəbul edilə və nəzərdən keçirilə biləcəyi barədə qərar qəbul olunur. Həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin axtarış sorğuları ilə bağlı veb səhifəsinə müraciət edə bilərlər http://www.familylinks.icrc.org/. Bu yanaşma həmçinin öz ailə üzvlərini axtaran Azərbaycanlılara da aiddir. Bununla yanaşı insanların anlaması çox mühümdür ki, yerdəki vəziyyətə görə axtarış hədsiz çətindir və proses adətən çox vaxt aparır”.ANN.Az
loading...