Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

15:41 | 13.05.2014
Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən “Böyük dəbilqə” turnirinin yekununa əsasən açıqlanan siyahı Azərbaycan millisinin aparıcı idmançıları üçün heç də sevindirici olmayıb. Belə ki, Hacıağa Hacıəhmədovun yetirmələrindən cəmi ikisi irəlilədiyi, ikisi mövqeyini qoruduğu halda, yeddisi  geriləyib. Cüdoçularımızda yenə ən yaxşı nəticə Elxan Məmmədova məxsusdur. 100 kq çəki dərəcəsində qüvvəsini sınayan dünya çempionumuz “Böyük dəbilqə”nin finalında uduzsa da, birinci pillədəki yerini qoruya bilib. Onunla eyni çəkidə mübarizə aparan Elmar Qasımov da heç kimə güzəştə getməyib və yenə 8-cidir. Bakıda keçirilən yarışda rəqib tanımayın Orxan Səfərov (60 kq) “qızıl”ın müqabilində 10-cü yerdən 7-ci yerə yüksəlib. 60 kq çəki dərəcəsində tatamiyə çıxan İlqar Müşkiyev medal qazanmasa da, rəqiblərinin geriləməsi səbəbindən 13-cü (+1) pilləyə qalxıb. Onlardan fərqli, yarışın bürünc medalçısı Rüstəm Orucov (73 kq), Kifayət Qasımova (57 kq), həmçinin, Nicat Şixəlizadə, Tərlan Kərimov (hər ikisi 66 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq) və Ramilə Yusubova (63 kq) geriləyənlər arasındadır. Onlar hazırda müvafiq olaraq, 14-cü (-3), 18-ci (-4), 9-cu (-4), 81-ci (-24), 56-cı (-18), 13-cü (-5) və 114-cü (-31) yerdədirlər. “Böyük Dəbilqə”nin digər üçüncüsü Məhəmmədəli Mehdiyev (81 kq) isə 46-cı yerdədir. Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM