Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR

15:10 | 20.06.2023
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR

Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR

Hindistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Shabran Wellbeing Resortda Beynəlxalq Yoqa Gününə həsr olunan tədbir keçirilib. 

Tədbirdə iştirak edən Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan sözlərin görə, yoqa artıq milyonlarla insanın həyat tərzinə dönüb.  

"Bura gələrkən biz "Beşbarmaq" adlanan məkandan keçdik. Bizim bu gün toplaşdığımız tədbirin əsasını da beş komponent təşkil edir",  -  səfir bildirib. 
 
Təqdimat mərasimində qonaqlara ənənəvi hind təbabəti Ayurveda, bədən və ruhun harmoniyasını, fiziki, əqli və mənəvi sağlamlığı yaratmağa imkan verən yoqa dərsləri haqqında məlumat verilib.


"The Art of Living” təşkilatınl təmsil edən Kənan Məmmədov açıq havada yoqa seansı keçirdi və yoqanın insan bədəni və əqli üçün əhəmiyyətindən danışdı. 

Hindistanın Assam əyalətinin ənənəvi mahnı və rəqslərindən ibarət proqram xüsusi rəğbətlə qarşılandı. 
 


2014-cü ildə  Hindistan  21 iyun tarixini  Beynəlxalq Yoqa Günü kimi qəbul edilməsi təşəbbüsü ilə  Birləşmiş Millətlər Təşkilatına müraciət edib. Bu təşəbbüs BMT üzvü olan 117 dövlət tərəfindən dəstəklənib. Həmin ildən iyunun 21-i dünyada Beynəlxalq Yoqa günü kimi qeyd olunur. 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM