Beyrut xəstəxanları yaralı ilə doludur - RƏSMİ

23:39 | 04.08.2020
Beyrut xəstəxanları yaralı ilə doludur - RƏSMİ

Beyrut xəstəxanları yaralı ilə doludur - RƏSMİ

Beyrut limanında baş verən partlayış  nəticəsində 30 nəfər ölüb  və təxminən 2,5 min nəfər yaralanıb, bunu ölkənin səhiyyə naziri Hamad Hassan axşam Livan televiziyası ilə çıxışında bildirib.

"Partlayış 30 nəfərin ölümünə səbəb oldu, təxminən 2,5 min nəfər yaralandı",  -  deyə o, bildirib.

Kütləvi partlayışın baş verdiyi Beyrutdakı xəstəxanalar yaralı ilə doludur. Bu barədə çərşənbə axşamı Əl-Cəzirə telekanalı Livan Səhiyyə Nazirliyinə istinadən məlumat verib.


Paytaxtın xəstəxanalarında yer olmadığı üçün Səhiyyə Nazirliyinin əmri ilə yaralılar Beyrut yaxınlığındakı tibb müəssisələrinə göndərilib.


Livan Qızıl Xaç Cəmiyyəti, Beyrutdakı partlayış nəticəsində 2,2 mindən çox insanın yaralandığını bildirir.


Al Jazeera-nın verdiyi məlumata görə, Qətər əmiri Şeyx Tamim bin Hamad Al Tani, güclü partlayışdan təsirlənən Livana səhra xəstəxanalarının bir dəstəsini göndərmək barədə çərşənbə axşamı sərəncam verib.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM