Beyrutda xeyli sayda yanğınsöndürən itkin düşüb

18:30 | 05.08.2020
Beyrutda xeyli sayda yanğınsöndürən itkin düşüb

Beyrutda xeyli sayda yanğınsöndürən itkin düşüb

Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində meydana gələn yanğını söndürməyə cəlb edilən azı 10 yanğınsöndürən itkin düşüb.

"Report” xəbər verir ki, bunu şəhərin qubernatoru Marvan Abbud deyib. 

Onun sözlərinə görə, xilasedicilər hadisə yerinə 2 avtomobildə gediblər, onları 3 təcili tibbi yardım maşını müşayiət edib.
Qeyd olunub ki, Livan Mülki Müdafiə Qüvvələrinin əməkdaşları hələ də yanğını söndürə bilməyiblər.

Livanın səhiyyə naziri Həmid Həsən isə bildirib ki, itkin düşmüş yaxınlarını axtaranlardan çoxlu sayda zənglər gəlir.

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, 4 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb