Beyrutdakı partlayışda 6 Türkiyə vətəndaşı yaralanıb

12:49 | 05.08.2020
Beyrutdakı partlayışda 6 Türkiyə vətəndaşı yaralanıb

Beyrutdakı partlayışda 6 Türkiyə vətəndaşı yaralanıb

Ötən gün Beyrutda baş vermiş partlayış nəticəsində yaralanan Türkiyə vətəndaşlarının sayı 6-ya çatıb.

Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu tvitter hesabında açıqlama verib.

"Livandakı partlayışda yaralanan vətəndaşlarımızın sayı 6-ya çatıb. Onlardan 5-i yüngül xəsarətlər alıb. Əməliyyat olunan vətəndaşımızın vəziyyəti isə yaxşıya doğru gedir. Ailələri ilə əlaqədəyik”,- deyə nazir açıqlamasında bildirib.

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda pirotexniki anbarda baş verən partlayış nəticəsində 100-dən çox insan həlak olub, 4000 mindən çox insan xəsarət alıb.






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM